Kenan MM Mənə biraz ondan danış

Исполнитель: Kenan MM Длительность: 02:33 Формат: mp3
Ну как песня, понравилась? Поделись с друзьями!

Текст песни "Kenan MM — Mənə biraz ondan danış"

Mənə biraz ondan danış,
Az da olsa yaşat məni,
Çox dolmuşam için-için,
Biraz aglat, boşalt məni
Yaman sıxır həyat məni

Mənə biraz ondan danış
Duruşundan, yerişindən
Şirin şirin gülüşündən
Gəlişindən, gedişindən
Bacardıqca hər işindən
Nə bilirsən axır çalış

Mənə biraz ondan danış
Başın necə qatmağından
İstəyinə çatmağından
Hər gün biraz öldüyüm de
Gecə rahat yatmağından
Məni necə atmağından

Mənə biraz ondan danış
Söylə neynir can yoldaşım?
Qısqanclığdan coşum daşım,
Qoy lap quru söznənsə də
Özümü itirim,çaşım
Ona yenə yaxınlaşım

Mənə biraz ondan danış
Danış təbim dilə gəlsin
Hər bir sözün bağrım dəlsin
Qoy içkisiz,qoy içmədən
Ruhum biraz məzələnsin
Xatirələr təzələnsin

Mənə biraz ondan danış
Qaytar mənə getir məni
Al onsuz bir gələcəkdən
keçmişimdə itir məni
Danışdığca bitir məni!

Mənə biraz ondan danış
Hicran pozub düzənimi
Sarıb şeir,qəzəlimi
De ki,təsəllim öpməkdir
Ondan yazan öz əlimi
Görərsənsə gözelimi
Ona bir az menden danış!

Еще песни Kenan MM

0:00 0:00

Заголовок проигрывателя Подзаголовок проигрывателя

(режим воспроизведения)